Əsas Səhifə > Hadisə > İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb - YENİLƏNİB-2
İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb - YENİLƏNİB-219-02-2018, 10:30 |
![]() Iranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib. Bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb. Qəza zamanı sağ qalan olmayıb. *** saat 12.04 İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, qatı duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb. *** saat 11.38 Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. Göyərtəsində 60 sərnişin və heyət üzvləri olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuç aviareysini yerinə yetirdiyi açıqlanıb. Rubrika.Az Geri qayıt |