Əsas Səhifə > banner, Manşet > Böyük ideyalara qiyməti zaman verir - Ceyhun Bayramov hər bir məmura örnək olan bir əxlaq kodeksi, idarəetmə üslubu formalaşdırıb

Böyük ideyalara qiyməti zaman verir - Ceyhun Bayramov hər bir məmura örnək olan bir əxlaq kodeksi, idarəetmə üslubu formalaşdırıb


20-02-2018, 00:23
Böyük ideyalara qiyməti zaman verir - Ceyhun Bayramov hər bir məmura örnək olan bir əxlaq kodeksi, idarəetmə üslubu formalaşdırıb

Artıq bir müddətdir ki, Təhsil naziri postunun boş olması bəzi maraqlı qüvvələrin əməlli-başlı işinə yarayıb. Belə ki, müxtəlif adlar ətrafında manipulyasiya edən, piar quran KİV nümayəndələri bəzən ağına-bozuna baxmadan qaralama kompaniyası aparır, böhtan və şər söyləməkdən belə çəkinmirlər.

Belə kompaniyaların ölkədə olduqca həssas olan seçki dönəmində təşkil edilməsi heç də təsadüfi deyil. Xüsusilə “seçkilərdən sonra filan məmur yeni komandada təmsil olunmayacaq” tipli xəbərlər indi daha cazibədar görünür.

Son günlər bəzi KİV-lərdə Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov haqqında da qərəzli, heç bir əsası olmayan iftira dolu məlumatlar yayımlanır. Görünür Ceyhun müəllimin istər nazir müavini olduğu dönəmdə, istərsə də indi qazandığı nüfuz, sərgilədiyi idarəetmə qabiliyyəti kimlərisə möhkəm narahat edir.

Böyük ideyalara qiyməti zaman verir - Ceyhun Bayramov hər bir məmura örnək olan bir əxlaq kodeksi, idarəetmə üslubu formalaşdırıb

Son illər təhsil sistemində aparılan inqilabi islahatların həyata keçirilməsində yeni düşüncəli, islahatçı kadr kimi Ceyhun Bayramovun fəaliyyəti xüsusilə qeyd edilməlidir. İstər nazirliyin aparat rəhbəri, istər nazir müavini, istərsə də indi bütün qüvvəsiylə qarşıya qoyulan məqsədlərin reallaşdırılması istiqamətində çalışan Ceyhun müəllim öz fəaliyyəti ilə bir nümunə oldu. Təhsilin millətin, dövlətin inkişafındakı müstəsna rolunu yüksək qiymətləndirən C. Bayramovun iş prinsipində məsuliyyət, şəffaflıq, tələbkarlıq əsas cizgilərdir.

Məhz C. Bayramovun peşəkarlığı nəticəsində son illər ərzində təhsil sahəsində xüsusilə prioritetlərin müəyyənləşməsi istiqamətində ciddi işlər görülüb. Müəllimlərin işə qəbul prosesinin elektronlaşdırılması və şəffaflaşdırılması təhsil sistemində inqilabi dəyişikliklər hesab olunmalıdır.

Prioritetləri və hədəfləri dəqiq bilən, idarəetmə bacarığını mənimsəmiş mütəxəssis kimi C. Bayramov hər zaman proseslərin mərkəzində duraraq məqsədlərə sona kimi çatmaq üçün bütün qüvvəsi ilə çalışıb.

Müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış şəffaf mühit bütövlükdə təhsilə olan münasibəti dəyişib. Universitetlərimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, “Sabah” qrupları, ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə dəyişməsi qışa müddətdə əldə olunmuş böyük uğurlardır.

C. Bayramov həm də hər bir məmura örnək olan bir əxlaq kodeksi, idarəetmə üslubu formalaşdırıb. Onun diqqətcilliyi, verilən tapşırıqları sona qədər yerinə yetirmə bacarığı, sadəliyi hər kəsə yaxşı məlumdur. Ceyhun müəllim üçün iş qrafiki yoxdur. Qəbula gələn hər bir vətəndaşın problemini özünün problemi olaraq qəbul edən, həllinə çalışan C. Bayramov Təhsil Nazirliyində sanki bir “açıq qapı” iş prinsipi formalaşdırıb. Onun fəaliyyəti müəllim nüfuzunu hər gün bir qədər də artırır.

Görünür hər şeyi qara rəngdə görənlər üçün bütün bunları görmək böyük müşküldür. Sağa-sola çamur ataraq reytinq toplamaq istəyənlər Ceyhun müəllimi hədəfə gətirməklə olsa-olsa günümüzün Herostratı ola bilərlər. Çünki dövlətə sədaqətlə xidmət etmək C. Bayramovun həyat amalıdır. Cılız düşüncələrin onu qəbul etməsi mümkünsüzdür. Çünki böyük ideyalara qiyməti zaman verir.

Rubrika.az

Nicat Mahmudov
Geri qayıt