Əsas Səhifə > Hadisə > Prezident nekroloq imzaladı
Prezident nekroloq imzaladı20-02-2018, 11:30 |
|
Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva,hökumət rəsmiləri və elm nümayəndələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərovun ölümü ilə bağlı nekroloq imzalayıb. Rubrika.Az-in "Ölkə.Az"a istinadla məlumatına görə, nekroloqda deyilir: “Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov 2018-ci il fevralın 18-də ömrünün 81-ci ilində vəfat edib. Abbas Ələsgərov 1937-ci il dekabr ayının 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1957¬–1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsində mühəndis-inşaatçı ixtisası üzrə ali təhsil alıb. Rubrika.Az Geri qayıt |