Əsas Səhifə > İstisadiyyat > Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 200 manat artırıldı
Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 200 manat artırıldı22-02-2018, 10:22 |
![]() Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Rubrika.az APA-ya istinaden məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib. İndiyədək bu təqaüdün məbləği 1300 manat olub. Rubrika.az Geri qayıt |