Əsas Səhifə > Hadisə > Beyləqanda ağır yol qəzasında 2 nəfər ölüb, 3-ü yaralanıb

Beyləqanda ağır yol qəzasında 2 nəfər ölüb, 3-ü yaralanıb


23-02-2018, 10:04
Beyləqanda ağır yol qəzasında 2 nəfər ölüb, 3-ü yaralanıb

Beyləqan rayonunda ölümnən nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.

Rubrika.az
Geri qayıt