Əsas Səhifə > Hadisə > Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum olub

Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum olub


24-02-2018, 11:57
Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum olub

Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb.

FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin yanaraq, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın isə tüstüdən boğularaq öldüyü məlum olub.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt