Əsas Səhifə > Şou Biznes > “Həyat yoldaşım deyinir” – Xalq artisti - VİDEO
“Həyat yoldaşım deyinir” – Xalq artisti - VİDEO24-02-2018, 19:30 |
![]() "ARB Ulduz" un “Virtual Həyat” verlişinin növbəti qonağı Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova olub. Xalq artisti ailə qurmaq üçün gec qaldığını deyib: “Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür”. “Keçən ilin dekabrında mən hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam”. Son olaraq Gülyanaq Məmmədova həyat yoldaşının bəzən bezib deyindiyindən danışıb: “Çox tərifləyəndə deyirlər ki, nə qədər tərif olar. Elə deyil axı. Hər ailədə söz-söhbət var. Mənim də ailəmdə var. Mən bir gündə beş işimin arxcasınca gedə bilmərəm. Həyat yoldaşm məni nə qədər aparsın, gətirsin, gözləsin? Çox vaxt işlər yığılır qalır. O da insandır axı, onun da əsəbləri var. Bəzən deyinir”. Rubrika.az Geri qayıt |