Əsas Səhifə > Dünya > İngiltərədə dükan partladı — 4 ölü
İngiltərədə dükan partladı — 4 ölü26-02-2018, 16:56 |
|
İngiltərənin Lester şəhərindəki dükanda partlayış baş verib. Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, Britaniya polisi dörd nəfərin ölümünü təsdiqləyib. “Hazırda dörd nəfərin ölümü təsdiqlənib. Dörd nəfər də xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır”, - Lesteşir qraflığının polisinin məlumatında belə deyilir. Bildirilir ki, partlayış terror aktı deyil. Qeyd edək ki, hadisə 25 fevral tarixində baş verib. Partlayışdan sonra binada yanğın başlayıb. Binanın birinci mərtəbəsi dükan, ikinci mərtəbəsi isə yaşayış ərazisidir. Rubrika.Az Geri qayıt |