Əsas Səhifə > Gündəm > Gürcüstanın müxalif lideri ziyanvericilərlə bağlı vəziyyəti Azərbaycanla müzakirə etməyə çağırıb

Gürcüstanın müxalif lideri ziyanvericilərlə bağlı vəziyyəti Azərbaycanla müzakirə etməyə çağırıb


26-02-2018, 20:08
Gürcüstanın müxalif lideri ziyanvericilərlə bağlı vəziyyəti Azərbaycanla müzakirə etməyə çağırıb

Gürcüstanın müxalif “Avropa Gürcüstanı” Partiyasının liderlərində biri, Tbilisinin keçmiş meri Gigi Uqulava ölkədə mərmər böcəyi ilə mübarizədə hökumətə tövsiyələr verib.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan parlamentinin Aqrar məsələlər üzrə komitəsinin iclasında siyasətçi bildirib ki, mərmər böcəyi ilə problemi qonşu ölkələrlə müzakirə etmək lazımdır. O deyib ki, bu problemin episentri Soçidədir: “Mərmər böcəyi sərhəd tanımır. Abxaziyada bununla bağlı nə baş verdiyini öyrənmək lazımdır. Bu problemlə əlaqədar Azərbaycan və Türkiyə, həmçinin Rusiya ilə də danışmaq lazımdır”.

G. Uqulava hesab edir ki, Gürcüstanda mərmər böcəyi ilə mübarizə tədbirlərinə baş nazir Giorgi Kvirikaşvili başçılıq etməli və ölkədə fövqəladə vəziyyət elan olunmalıdır.

Qeyd edək ki, Gürcüstanda mərmər böcəkləri əksər bölgələrdə yayılıb və təsərrüfatlara ciddi ziyan vurub. Hökumət ziyanverici ilə mübarizəyə 49 mln. lari (20 mln. dollar) vəsait ayırıb.

Rubrika.az
Geri qayıt