Əsas Səhifə > Hadisə > Gəncədə evə basqın edən şəxslər saxlanıldı

Gəncədə evə basqın edən şəxslər saxlanıldı


27-02-2018, 12:43
Gəncədə evə basqın edən şəxslər saxlanıldı

Fevralın 26-da Gəncə şəhər sakini "102 Zəng Mərkəzi Xidməti”nə zəng edərək 2 nəfər şəxsin onun evinə daxil olaraq oğurluq etməyə cəhd etdiyini bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan “Ölkə.Az”a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri 1997-ci il təvəllüdlü Elxan Bayramoğlu və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar. Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

Rubrika.Az
Geri qayıt