Əsas Səhifə > Hadisə > İlham Əliyev sərəncam imzaladı: büdcədən 6,166 milyon manat ayrıldı
İlham Əliyev sərəncam imzaladı: büdcədən 6,166 milyon manat ayrıldı2-03-2018, 10:07 |
|
Prezident İlham Əliyev martın 1-də "Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Rubrika.az Qaynarinfo-ya istinaden məlumatına görə, sərəncamla Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb. Rubrika.az Geri qayıt |