Əsas Səhifə > Hadisə > Kürd Şahinlər Afrinə görə and içdi: Gəlirik! – Foto

Kürd Şahinlər Afrinə görə and içdi: Gəlirik! – Foto


1-03-2018, 22:03

Kürd Şahinlər Afrinə görə and içdi: Gəlirik! – Foto
ASO-nun tərkib hissəsi olan “Həmzə” diviziyasının yaratdığı Kürd Şahinləri dəstəsi Afrin əməliyyatına qoşulmaq üçün bütün hazırlıqları tamamlayıb.

Rubrika.az axar.az-a istinadla xəbər verir ki, təxminən 2 ay çəkən hazırlıq prosesini başa vuran 400-ü kürd olmaqla 700 nəfərdən ibarət dəstə Racu bölgəsinə getmək üçün yola düşüb.
Kürd Şahinləri yola düşməzdən əvvəl andiçmə mərasimi keçirilib. Mərasim zamanı dəstə üzvləri Afrini terrorçulardan təmizləyəcəklərinə and içiblər.
“Qırmız berelilər” olaraq da tanınan Kürd Şahinlərinin Afrinin mərkəzi hissəsində aparılacaq döyüşlərdə iştirakı nəzərdə tutulub.
“Buradan Afrindəki kürd qardaşlarımıza səslənirəm. Sizi təzyiq və ölümdən qurtarmaq üçün gəlirik. Gəlin evinizdə, vətəninizdə azad şəkildə yaşayın. Təmizlənən kəndlərinizə gəlin. Bütün gücümüzlə sizi qoruyacağıq. Vətəninizdə əmin-amanlıq içində yaşayacaqsınız”, - “Həmzə” dviziyası komandanı Seyf Əbubəkir deyib.
Kürd Şahinlər Afrinə görə and içdi: Gəlirik! – Foto
Rubrika.Az
Geri qayıt