Əsas Səhifə > Hadisə > İran və Ermənistan arasında 4 sənəd imzalandı
İran və Ermənistan arasında 4 sənəd imzalandı1-03-2018, 22:09 |
|
Bu gün İrəvanda İran və Ermənistan arasında Əməkdaşlıq Komissiyasının 15-ci görüşündə gömrük və idman sahəsində əməkdaşlıq barədə 4 sənəd imzalanıb. BakuPost İran mətbuatına istinadən xəbərinə görə, idman və birgə iqtisadi komissiya üzrə sənədləri, İranın energetika naziri Rza Ərdahanian imzalayıb, 2 gömrük sənədi isə İranın gömrük aparatının rəhbərləri tərəfindən imzalanıb. İran və Ermənistan arasında əməkdaşlıq üzrə komissiyanın 15-ci iclasının yekun mərasimində, Ərdahanian iki ölkənin dövlət və özəl sektorlarını iqtisadi mübadilə və birgə investisiyaların artırılmasına yönəltmək lazım olduğunu vurğulayıb. "Xoşbəxtlikdən İran və Ermənistanın texniki, iqtisadi və mədəni məsələləri üzrə komissiyasının 15-ci sessiyası dostluq şəraitində keçirilib. Biz Ermənistanda inkişaf və tərəqqinin tərəfdarıyıq və birgə komissiyanı bu məqsəd üçün uyğun bir yer hesab edirik ", - deyə iclasdan sonra vurğulanıb və bildirilib ki, Ermənistan İranla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Rubrika.Az Geri qayıt |