Əsas Səhifə > Din > Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğında böyük faciə - 30-dək adam ölüb
Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğında böyük faciə - 30-dək adam ölüb2-03-2018, 10:46 |
![]() Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb. Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır. Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb. Rubrika.Az Geri qayıt |