Əsas Səhifə > Müsahibə > Yanğında zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi yardım göstəriləcək
Yanğında zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi yardım göstəriləcək2-03-2018, 16:38 |
|
Azərbaycan dövləti Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərəcək. Rubrika.Az-ın “Ölkə.Az"a istinadən xəbərinə görə, bu, Prezident İlham Əliyev “Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamında əksini tapıb. Həmçinin, dövlət yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin edəcək, Respublika Narkoloji Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri və s. işləri həyata keçirəcək. Bununla bağlı müvafiq Dövlət Komissiyasına tapşırıqlar verilib. Qeyd edək ki, Prezidentin sərəncamı ilə Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb. Rubrika.Az Geri qayıt |