Əsas Səhifə > Hadisə > Dünya liderləri Putinin meydan oxumasını necə qarşıladı...
Dünya liderləri Putinin meydan oxumasını necə qarşıladı...5-03-2018, 11:00 |
![]() Son günlərin əsas mövzularından biri də Rusiya prezidenti Vladimir Putinin “Manej” sərgi salonunda Qərbi ultramüasir silahlarla hədələməsi oldu. Qərb siyasətçiləri vaxtilə Nikita Xruşşovun da “Kuzkina mat” (Xruşşov SSRİ-nin hidrogen bombasını bu cür adlandıraraq kapitalist dünyasını məhv edəcəyi ilə hədələmişdi) söyləmini acı istehza ilə xatırlayırlar. Rubrika.Az musavat.com-a istinadla Avropanın aparıcı dövlətlərinin siyasiətçilərinin Putinin çıxışına olan reaksiyaları təqdim edir Dana Uayt, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi: “Amerika xalqı əmin olsun: biz hər şeyə hazırıq!” Hizer Nauert: ABŞ Dövlət Departamentinin nümayəndəsi: “Şübhəsiz ki, videoçarxda Rusiyanın ABŞ-a hücum planı təsvir olunur. Bu qeyri-konstruktiv və məsuliyyətsizlikdir”. Gevin Uilyamson, Böyük Britaniyanın müdafiə naziri: “Biz yaşam tərzimizə qarşı təhdidlə üz-üzəyik və hadisələrin belə gedişatı bir daha müdafiə qabiliyyətimizi möhkəməndirməyə sövq edir”. Tom Tagenhed, Böyük Britaniya İcmalar Palatasının xarici məsələlər üzrə komitəsinin sədri: “Putinin Qərblə qaşrılıqlı əlaqələrdə yalnız hərbi vasitələrə üstünlük verməsi təəssüf doğurur”. Karl Bildt, İsveçin keçmiş baş naziri: “Əgər dünya müdriklik nümayiş etdirsəydi, ABŞ və Rusiya arasında strateji sabitlik üzrə danışıqların yeni fazası başlar və konkret qərarlar qəbul edilərdi. Maryana Betsa, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü: “2014-cü ilin martın 1-də Ruisya Federasiya Şurası hərbi qüvvələrin xarici ölkələrdə tətbiq olunmasına razılıq verdi. İndi isə Putin bütün dünyanı nüvə zərbələri ilə hədələyir. Taro Kano, Yaponiyanın xarici işlər naziri: “Soyuq müharibə bitdikdən sonra ABŞ öz nüvə arsenalını xeyli azaltdı. Lakin Rusiya və Çin tam əksinə hərəkət etdi və bu bir faktdır. Oana Lunqesku, NATO-nun rəsmi nümayəndəsi: “Rusiyanın bəyanatı bizim müttəfiqlərimizə yönəlik bir təhdiddir, qəbuledilməzdir və qeyri-konstruktivdir. Biz dəfələrlə alyansın raket əleyhinə sisteminin Rusiyaya qarşı yönəlmədiyini bəyan etmişik. Rubrika.Az Geri qayıt |