Əsas Səhifə > Dünya > Qazaxıstan "Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb

Qazaxıstan "Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb


3-03-2018, 20:10
Qazaxıstan "Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb

Qazaxıstan “Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Sənəd Qazaxıstanın BMT-yə üzvlüyə qəbul olunmasının 26-cı ildönümü günü Nyu-Yorkda imzalanıb.

Müqaviləyə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2018-ci il yanvarın 9-da imzaladığı uyğun fərmana əsasən, ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov imza atıb.

2017-ci il iyulun 7-də qəbul edilən “Nüvə silahının qadağan edilməsi haqqında” müqaviləni BMT-yə üzv olan 122 dövlət dəstəkləyib. Bir müddət əvvəl 56 dövlət bu müqaviləni təsdiqləyib. Qazaxıstan müqaviləni təsdiqləyən 57-ci dövlət olub.

Rubrika.az
Geri qayıt