Əsas Səhifə > Hadisə > "Sözümüz düz gəlmədi" - bacısının keçmiş ərini bıçaqlayıb
"Sözümüz düz gəlmədi" - bacısının keçmiş ərini bıçaqlayıb5-03-2018, 18:31 |
![]() Bacısının keçmiş ərini bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Rubrika.az Musavat.com -a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Akif Babayevin məhkəməsi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Akif Babayev bacısının keçmiş həyat yoldaşı Səbuhi Əhmədovu bıçaqlayıb. Buna səbəb ailə münaqişəsi zəminində yaranmış mübahisə olub. Akif Babayev Səbuhi Əhmədovu bacısını narahat etməsini əsas gətirərək vurub. Məhkəmədə ifadə verən Akif Babayev özünü təqsirli bilib. Deyib ki, hadisə baş verən gün bacısı işə gedirmiş. Bacısı evdən çıxarkən qardaşı da onunla birlikdə gedib. A.Babayev söyləyib ki, Səbuhi Məmmədov yolda onlara yaxınlaşıb. Qardaşı və bacısı narahat olaraq evə qayıdıblar. "Mən onda yatmışdım. Oyananda məsələdən xəbər tutdum. Səbuhini çağırdım ki, söhbət edək. Uşaqları gəlib görürdü. Heç bir problem yox idi. Onunla danışdıq. Sözümüz düz gəlmədi. Mən də onu vurdum" - deyə təqsirləndirilən şəxs bildirib. Zərərçəkmiş Səbuhi Əhmədov da məhkəmədə ifadə verib. Söyləyib ki, hadisə baş verən gün keçmiş həyat yoldaşı ilə görüşmək istəyib: "Onun xəstə olduğunu öyrəndim. Müalicəsinə kömək etmək üçün gəlmişdim. Onu narahat etmək fikrim yox idi. İki uşağımın anasıdır. Uşaqlarımı da vaxtında görürdüm. Heç bir narahatçılıq da yox idi". Səbuhi Əhmədov təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını söyləyib. Qeyd edək ki, hadisə "NZS" qəsəbəsində baş verib. Akif Babayev bacısı Xəyalə Babayevanın keçmiş həyat yoldaşını bıçaqlayıb. Akif Babayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Məhkəmə prosesi martın 7-də davam edəcək. Rubrika.az Geri qayıt |