Əsas Səhifə > İstisadiyyat > Azərbaycan xarici ölkələrə neçə milyon dollar yardım edib?

Azərbaycan xarici ölkələrə neçə milyon dollar yardım edib?


5-03-2018, 23:22
Azərbaycan xarici ölkələrə neçə milyon dollar yardım edib?

Keçən il Azərbaycan tərəfindən beynəlxalq miqyasda xarici ölkələrə edilən inkişaf naminə və humanitar yardımların ümumi məbləği açıqlanıb.

Rubrika.az APA-ya istinaden xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında əksini tapıb.

Hesabata əsasən 2017-ci ildə yardımların məbləği 1 milyon 523 min 902 dollar olub. Bu məbləğin 682 min 188 dolları humanitar, 841 min 714 dollar isə inkişaf naminə edilmiş yardımlara ayrılıb.

Rubrika.az


Geri qayıt