Əsas Səhifə > Hadisə > Tramp yenidən Suriyanı vurmağa hazırdır - Plan

Tramp yenidən Suriyanı vurmağa hazırdır - Plan


7-03-2018, 20:08
Tramp yenidən Suriyanı vurmağa hazırdır - Plan
Tramp rəhbərliyi kimyəvi silahdan istifadə edilməsi ilə bağlı Suriya hökumətinə ikinci dəfə hücum təşkil etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyat direktoru Daniel Koats bildirib.
Koats sözügedən hücumun çox müzakirə edildiyini, ancaq qapalı görüşdə belə məsələlərin gündəmə gətirildiyini söyləyib.
Qeyd edək ki, ötən ilin aprel ayında Suriya rejiminə aid hərbi hava limanına 50-dən çox “Tomahavk” raketi atılıb. Raketi Aralıq dənizindəki ABŞ-a aid döyüş gəmiləri atıb.

Rubrika.Az
Geri qayıt