Əsas Səhifə > Dünya > Afrin bölgəsindəki ikinci ən böyük şəhər PYD/YPG terrorçularından təmizlənib
Afrin bölgəsindəki ikinci ən böyük şəhər PYD/YPG terrorçularından təmizlənib9-03-2018, 12:43 |
![]() Bu gün Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatı nəticəsində Cinderes şəhəri PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə bu gün "Anadolu" agentliyi məlumat yayıb. Cinderes rayon mərkəzi olan bu şəhər Afrin bölgəsində ikinci ən böyük şəhərdir. Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatına başlayıb. Rubrika.Az Geri qayıt |