Əsas Səhifə > Dünya > Putin layihəsinə qarşı dirəniş artır: Bizə təhdiddir

Putin layihəsinə qarşı dirəniş artır: Bizə təhdiddir


10-03-2018, 20:08
Putin layihəsinə qarşı dirəniş artır: Bizə təhdiddir


Polşa rus qazından asılılığa son qoyub.

Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Baş naziri Mateuş Morevetski deyib.

“Polşa çoxdan “Qazprom”dan asılılığına son qoyub. Biz hazırda Danimarka və Norveçlə qaz alışı ilə bağlı danışıqlar aparırıq. Biz “Şimal axını-2” layihəsini Şərqi və Şimali Avropa üçün son dərəcə təhlükəli sayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Polşa artıq uzun müddətdir bu layihəyə qarşı çıxır. Layihənin gerçəkləşdirilməsini həmçinin ABŞ da istəmir. Vaşinqton “Şimal axını-2”nin onun Avropaya sıxılmış qaz göndərməsinə maneə yaratdığını iddia edir.

Rubrika.az
Geri qayıt