Əsas Səhifə > Qalmaqal > Bakıda sürücülər arasında əlbəyaxa dava düşdü
Bakıda sürücülər arasında əlbəyaxa dava düşdü12-03-2018, 21:21 |
|
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sürücülər arasında dava olub Rubrika.az AzVision.az-a istinaden məlumatına görə, orta yaşlı şəxs idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə hərəkətdə olan 66 nömrəli marşrut avtobusunun qarşısını kəsib, sürücünün ünvanına təhqiramiz fikirlər səsləndirib. Nəticədə əsəblərini cilovlaya bilməyən sürücülər arasında əlbəyaxa dava düşüb. Avtobusun sürücüsü onu təhqir edən şəxsə yumruq zərbələri endirib. Sərnişinlərin və orada yaşayan sakinlərin köməyi ilə sürücüləri ayırmaq mümkün olub. Hadisə şahidlərinin sözlərinə görə, dava avtobus sürücüsünün "Toyota Land Cruiser"ə yol verməməsi səbəbindən baş verib. Rubrika.az Geri qayıt |