Əsas Səhifə > Hadisə > Xaçmazda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Xaçmazda avtomobil aşıb, iki nəfər xəsarət alıb


14-03-2018, 12:47
Xaçmazda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Rubrika.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, yeni inşa olunan Bakı-Quba-Rusiya Federasiyası yolunun Ağaşirinoba kəndi ərazisində 99 HD 671 dövlət nömrə nişanlı “Opel” markalı maşın yoldan çıxaraq dərəyə aşıb. Nəticəsində iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər sakinləri - 1978-ci il təvəllüdlü Süleymanov Fərrux Davud oğlu və 1974-cü il təvəllüdlü Əliyeva Aygün Ayədşah qızıdır. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Rubrika.Az
Geri qayıt