Əsas Səhifə > Hadisə > Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb15-03-2018, 14:10 |
![]() ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Martin Şuster izləyiblər. Rubrika.Az Geri qayıt |