Əsas Səhifə > Hadisə > "Nazəninə nə demişəm, düz demişəm" — Təranə Qumraldan cinayət işi xəbərinə REAKSİYA

"Nazəninə nə demişəm, düz demişəm" — Təranə Qumraldan cinayət işi xəbərinə REAKSİYA


17-03-2018, 17:42
"Nazəninə nə demişəm, düz demişəm" — Təranə Qumraldan cinayət işi xəbərinə REAKSİYA

Müğənni Təranə Qumral həmkarı Nazəninin vəkili Heyrat Qarayevin verdiyi açıqlamaya münasibət bildirib.

Rubrika.Az Ölkə.Az"-a stinadən bildirir ki, T.Qumral əməkdaşıyla söhbətində bildirib ki, məhkəmənin qərarıyla razılaşmır:

"Qanun qarşısında hər birimizin boynu tükdən incədir. Amma mən düşünmürəm ki, məhkəmə doğru qərar çıxarıb. Qərarla razı deyiləm. Bayramlarla əlaqədar konsertlərə çəkilirəm deyə, açıqlamadan da xəbərsizəm. Bayramdan sonra baxacağam. Məbləği artıq ödəmişəm".
T.Qumral Nazənindən və həyat yoldaşından üzr istəmək fikrində olmadığını da dilə gətirib:
"Amma düşünmürəm ki, Nazənin barəsində dediyim sözlər yanlışdır. Doğrudan da o, bir neçə dəfə ailə qurub. Doğru dediyim sözə görə niyə üzr istəməliyəm ki?"


Qeyd edək ki, Nazəninin vəkili Heyrat Qarayev yenicag.az-a açıqlamasında bildirib ki, Təranə Qumral barədə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi qaldırılıb.
Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi üçün o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Rubrika.Az
Geri qayıt