Əsas Səhifə > Dünya > Putinin Krımda aldığı səslər təəccübləndirdi - İlkin nəticə
Putinin Krımda aldığı səslər təəccübləndirdi - İlkin nəticə19-03-2018, 10:13 |
|
Rusiyada keçirilən bugünkü prezident seçkiləri ilə bağlı iki ekzit-poll nəticəsi açıqlanıb. Rubrika.Az axar.az-a istinadla xəbər verir ki, bir ekzit-pollun (FOM) nəticəsinə görə, Putin seçicilərin 77 faizinin səsini toplayıb. Qrudinin 11,8, Jirinovski isə 5,9 faiz səs verib. Ekzit-poll keçirən digər qurum isə Putinin 73,9, Qrudininin 11,2, Jirinovskinin 6,7 faiz qazandığını açıqlayıb. *** Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda seçici səslərinin 25,03 faizi sayılıb. Sayılan bülletenlərin nəticələrinə görə, hazırkı prezident Vladimir Putin 72,53 faiz səslə liderlik edir. *** Artıq bülletenlərin 30 faizi sayılıb. Hazırkı nəticəyə görə, Putin 73,1 faiz səs toplayıb. Krım yarımadasında isə Putinin səsləri daha çoxdur – 91,7% (Sevastopolda 92%). Qeyd edək ki, seçkilərdə ümumi seçicilərin 59,85 faizi iştirak edib. *** Seçicilərin 35%-dən çoxunun səsi hesablanıb. Hazırkı nəticələrə görə, Vladimir Putin Moskvada 72,62%, Peterburqda isə 79,51% səs toplayıb. Moskvada seçici aktivliyi 52,67% faiz olub. Ümumi nəticə isə belədir: Putin 73,73%, Qrudinin 14,42%, Jirinovski 6,6%, Sobçak 1,4% səs toplayıb. *** Bülletenlərin 40 faizinin nəticəsinə görə, Putin 74.22% səs toplayıb. *** Seçici səslərinin 50%-nin nəticəsinə görə, Putin 75,29%, Qrudinin 13,16%, Jirinovski 6,27%, Sobçak 1,43% səs toplayıb. *** Bülletenlərin 60%-nin nəticəsinə görə, Vladimir Putin 75,57 faizlə liderdir. *** Seçki bülletenlərinin 70%-nin nəticəsinə görə, Putin 75,91, Qrudinin 12,59, Jirinovski 6,08 faiz səs toplayıb. Rubrika.Az Geri qayıt |