Əsas Səhifə > Hadisə > Moskvada zərgərlik mağazasına basqın edən iki Azərbaycan vətəndaşı tutulub
Moskvada zərgərlik mağazasına basqın edən iki Azərbaycan vətəndaşı tutulub19-03-2018, 10:36 |
![]() Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, bunlar Azərbaycan vətəndaşlarıdırlar. "Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır", - deyə həmsöhbət əlavə edib. Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar. Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb. Rubrika.Az Geri qayıt |