Əsas Səhifə > Cəmiyyət > “Azərişıq” işçi axtarır
“Azərişıq” işçi axtarır19-03-2018, 20:46 |
|
"Azərişıq” ASC Sabirabad Elektrik Şəbəkəsində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. ASC-dən Modern.az-a verilən məlumata görə, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır. İşə qəbul Səhmdar Cəmiyyətin "İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək. Sənədlər 2018-ci il mart ayının 27-28 tarixlərində Sabirabad şəhəri, Muğan prospektində yerləşən Şabirabad Elektrik Şəbəkəsinin inzibati binası və "Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq. Tələb olunan sənədlər: Fotoşəkilli anket forması (CV); Şəxsiyyəti təsdiq edən sənədin surəti; Təhsil haqqında sənədin surəti. Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32; 26 - 04) ; (+994 2123) 5-52-06 E-mail: [email protected] Rubrika.az Geri qayıt |