Əsas Səhifə > Dünya > Türkiyə Afrində 3 şəhid verdi

Türkiyə Afrində 3 şəhid verdi


22-03-2018, 18:26
Türkiyə Afrində 3 şəhid verdi

Türkiyə ordusu Suriyanın Afrin şəhərində apardığı anti-terror əməliyyatını uğurla yekunlaşdırıb.

Rubrika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qalibiyyətə baxmayaraq ərazidə təmizlik işi həyata keçirilir. Bölgəyə partlayıcı maddə və minalar yerləşdirən PKK-PYD terror təşkilatının qurduğu tələ nəticəsində 3 türk əsgəri şəhid olub. Bu barədə Türkiyə baş naziri Binəli Yıldırım açıqlama verib.

Bitlisdə isə PKK əleyhinə əməliyyatlarda əraziyə yerləşdirilən partlayıcı maddə əsgərlər keçən zaman partlayıb. Nəticədə 1 əsgər ölüb, 1 nəfər isə yaralanıb.

Rubrika.az
Geri qayıt