Əsas Səhifə > İdman > Azərbaycanın U-21 yığması Kosovoya məğlub olub

Azərbaycanın U-21 yığması Kosovoya məğlub olub


23-03-2018, 10:55
Azərbaycanın U-21 yığması Kosovoya məğlub olub

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Rubrika.Az-ın qol.az-a istinadən məlumatına görə, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş oynanılıb.

Yığmamız səfərdə Kosovo ilə qarşılaşıb. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunu idi. Sadıqovun debütu uğurlu alınmayıb. Belə ki, ikinci yarıda qapısında 2 top görən millimiz səfərdə xalsız qalıb.

Qrupun digər oyununda Almaniya İsraili məğlub edib.

22 mart
Kosovo - Azərbaycan - 2:0
Qollar: Florent Hasani, 54, Besfort Kolgeci, 61
Baş hakim: Donald Robertson (Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu

Rubrika.Az
Geri qayıt