Əsas Səhifə > Hadisə > Bərdədə yol qəzası baş verib, xəsarət alanlar var
Bərdədə yol qəzası baş verib, xəsarət alanlar var24-03-2018, 19:14 |
![]() Bərdədə 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"un Qarabağ bürosunun verdiyi xəbər görə, hadisə rayonun Koroğlu küçəsində baş verib. Belə ki, "LADA-099" markalı avtomobillə "Ford" markalı minik avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb. Yük avtomobilin sürücüsü Telman Əliyev, minik avtomobilinin sürücüsü, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Qədir Tapdıq oğlu, habelə onun iki azyaşlı ovladı - 10 yaşlı Əlizadə Aysun Qədir qızı və 4 yaşlı Əlizadə Əli Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətləri ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |