Əsas Səhifə > Hadisə > Rusiyada ticarət mərkəzində yanğın — Tavan çökdü, ölən və yaralananlar var + YENİLƏNİB

Rusiyada ticarət mərkəzində yanğın — Tavan çökdü, ölən və yaralananlar var + YENİLƏNİB


26-03-2018, 11:00
Rusiyada ticarət mərkəzində yanğın — Tavan çökdü, ölən və yaralananlar var + YENİLƏNİB

Rusiyada ticarət mərkəzindəki yanğında ölənlərdən biri qadındır.

Rubrika.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib. O bildirib ki, yanğın zamanı ölən 3 uşaq və 1 qadın ölüb, 26 nəfər yaralanıb.

Bundan əlavə, Petrenkonun sözlərinə görə, ticarət mərkəzindəki 2 kinoteatrda tavan çöküb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

***r

Bu gün Rusiyada ticarət mərkəzində yanğın olub.

“Ölkə.Az” ria.ru-ya istinadən xəbər verir ki, hadisə Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verib. Hadisə nəticəsində 4 uşaq ölüb. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.



Rubrika.Az
Geri qayıt