Əsas Səhifə > Dünya, Hadisə > Qroznıda dəhşət: 12 mərtəbəli bina yanır

Qroznıda dəhşət: 12 mərtəbəli bina yanır


26-03-2018, 22:22
Qroznıda dəhşət: 12 mərtəbəli bina yanır

Çeçenistanın paytaxtı Qroznı şəhərində çoxmərtəbəli binada yanğın baş verib.

Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, güclü yanğın barədə “Lifeshot” Teleqram kanalı informasiya yayıb.

Məlumata görə, yanğın paytaxt Qroznının Kadırov prospektində 12 mərtəbəli yaşayış binasında çıxıb. Bina sakinləri dərhal təxliyə edilib, xəsarət alan olmayıb.

Binanın söndürülməsi əməliyyatına 6 texnika və 30 yanğınsöndürən cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Rubrika.az
Geri qayıt