Əsas Səhifə > Dünya > "Diplomat böhranı" Rusiya iqtisadiyyatını çökdürdü: rubl və birja "batdı"
"Diplomat böhranı" Rusiya iqtisadiyyatını çökdürdü: rubl və birja "batdı"27-03-2018, 18:52 |
|
ABŞ və 14 Avropa İttifaqı ölkəsinin Rusiya diplomatlarını ölkədən qovmaq barədə qərarları rubl və Moskva birjasında geriləməyə səbəb olub. Rubrika.az xarici KİV-ə istinadən xəbər verir ki, rus rublu dollarla müqayisədə 0,1 dəyər itirərək 57,2-yə, euro ilə müqayisədə isə 0,38% düşərək 71,1-ə geriləyib. Moskva birjasının indeksi qərardan sonra 0,8% dəyər itirib və 2,268-ə, Rusiya Ticarət Sisteminin indeksi isə 0,9% düşərək 1,250-ə bərabər olub. Qeyd edək ki, sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsindən sonra ölkələr rus diplomatlarını deportasiya etməyə başlayıblar. Rubrika.az Geri qayıt |