Əsas Səhifə > Mədəniyyət > Maliyyə İdarəsinin rəis müavini saxta diplomla çalışır? – ZƏRDABDAN PREZİDENTƏ ŞİKAYƏT
Maliyyə İdarəsinin rəis müavini saxta diplomla çalışır? – ZƏRDABDAN PREZİDENTƏ ŞİKAYƏT28-03-2018, 15:30 |
|
Rubrika.Az hurriyyet.org-a istinadla bildirir ki, Zərdab şəhər M.Xəlilov küçəsi ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə president İlham Əliyevə müraciət edən şikayətçi yazır “Cənab Prezident! Zərdab rayon Maliyyə İdarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Məmmədov Sakit İfrat oğlu Azərbaycan Beynəlxalq Universitetinin o vaxtkı rəhbərliyindən qanunsuz yolla əldə etdiyi diplomla neçə illərdir rayon Maliyyə İdarəsinə rəhbərlik edir. İctimaiyyətə təqdim etdiyim Təhsil Nazirliyinin iki məktubundan açıq-aydın görünür ki, Sakit Məmmədovun qanunsuz yolla ABU-dan əldə etdiyi A 113458 diplomdan istifadə etmək hüququ yoxdur. Çünki o, həmin diplomu ali məktəbdən xəbəri olmadan qanunsuz yolla ABU-nun o vaxtkı rəhbərliyindən əldə edib. Diplomun qanunsuz olmasına başqa subutlar da var: 1. İdarənin əmr kitabında qiyabi təhsil alması barəsində heç bir qeydiyyat aparılmayıb. Bunu o, öz izahatında da təsdiq edir. 2. Sessiyalara çağrılması barədə idarəyə heç bir çağrış vərəqələri daxil olmayıb. 3. Qiyabi qaydada təhsil alıbsa, ödəməli olduğu pul çekləri yoxdur. 4. Qiymət cədvəlləri yoxdur. 5. Ali məktəbə qəbulu barədə aparat rəhbəri Namiq Süleymanovun arayışı ilə özünün verdiyi izahatında ziddiyətlər var. 6. Beş illik qiyabi təhsili aparat rəhbəri dörd il, özü isə üç il göstərir. 7. Dəqiq hansı ildə qəbul olunması sözlə deyilsə də, subutlar göstərilmir. 8. Ərizəmə əlavə etdiyim Təhsil Nazirliyinin 07.03.2018-ci il tarixli M -2963/01/11-24 saylı və 16.03.2018-ci il tarixli M-2963/01/11-24 məktubunda göründüyü kimi ölkəmizdə və o cümlədən ABU-da qiyabi təhsil bes il olub. İndi Sakit Məmmədov Azərbaycanda qiyabi təhsil beş il olduğu halda bu diplomu 3-4 ilə necə əldə edib? Sakit Məmmədov rayon prokurorluğunda aparılan araşdırma zamanı izahatında yazıb ki, guya o 1999-cu ildə universitetə qiyabi daxil olub. 2002-ci ildə yəni üç ilə həmin universiteti qurtarıb. Üç ilə bitirməsini isə belə izah edir ki, guya onun birinci təhsili orta ixtisas təhsili olduğu üçün o universitetin birbaşa ikinci kursuna daxil olub. Bu Sakit Məmmədovun yalanından başqa bir şey deyil. Onun izahatını ictimayətə təqdim edirəm: Sakit Məmmədovun izahatında göstərdiklərinin yalan olmasına subut olaraq Təhsil Nazirliyinin 07.03.2018-ci il tarixli M-2963/01/11-24 saylı məktubundan açıq-aydın görünür ki, göstərdikləri tam yalandır. Təhsil Nazirliyininin məktubunda göstərilir ki, təhsil qanunvericiliyində orta ixtisas təhsilli şəxslərin bir başa ali təhsil müəssələrinin ikinci kursuna qəbul olunması nəzərdə tutulmamışdır. Bundan başqa Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərdiyi 23 fevral 2015-ci il tarixli məktubunda yazır ki, guya Məmmədov Sakit İfrat oğlu 1998-ci ildə ABU-ya daxil olub, 2002-ci ildə həmin universiteti bitirib. Namiq Süleymanovun bu məktubunun yalan və əsassız olması ondan görünür ki, Sakit Məmmədovun 1998-ci ildə universitetə qiyabi girməsini qeyd etmir. Cünki aparat rəhbəri Namiq Süleymanov çox gözəl bilir ki, qiyabi təhsil dörd il yox, beş ildir. O, qiyabi sözünü yazmır ki, aldatmaq istədiyi adamlar məktubu oxuyarkən Sakit Məmmədovun dörd il təhsil aldığını düşünsünlər. Hansı ki, həmin 1998-2002-ci illərdə Sakit Məmmədov rayon Maliyyə İdarəsində işləyib. Onun bu illərdə universiteti qiyabi qaydada bitirməsi mümkün deyil. Buna heç nağıllarda da rast gəlmək olmaz. İşləyən adam isə həmin vaxt əyani oxuya bilməzdi. Bu məktubunda yalan və əsassız olmasını tam dəsdiq edən Təhsil Nazirliyininbaşqa bir 16.03.2018-ci il tarixli M-2963/01/11-24 saylı məktubunuda ictimayətə təqdim edirəm: Məktubda göstərilir ki, 1998-2002-cı illərdə mövcüd qanunvericiliyə əsasən ali təhsil müəssələrində, o cümlədən ABU-da əyani təhsilalma forması dörd il, qiyabi təhsilalma forması isə beş ildir. Bir də,1998-ci ildə ali təhsil müəssəsinə qiyabı qəbul olunmuş şəxs təhsilini beş il müddətində, yəni 2002/2003-cü tədris ilində başa vurmalıdır. İndi aparat rəhbəri Namiq Süleymanov aydınlıq gətirsin görək bu özbaşınalıqlar nəyin müqabilindədir. Ali məktəbdən xəbəri olmayan Sakit Məmmədovun ABU-nun o zamankı rəhbərliyindən qanunsuz əldə etdiyi diplomun iki formada eyni sürətlərini ictimayətə təqdim edirəm. Bu adamın ali təhsil almasını təsdiq edən bir dənə də olsun subutlu sənədi yoxdur. Bu günə qədər “mən ABU-nu qiyabi olaraq 3 ilə bitirmişəm” sözü ilə özünü ali təhsilli kimi qələmə verib, qanunsuz olaraq saxta diplomla işləyir. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahis edirəm, bu saxta diplomlu Sakit Məmmədov haqqında ciddi tədbir görülməsinə tapşırıq verəsiniz”. Rubrika.Az Geri qayıt |