Əsas Səhifə > Hadisə > Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb


28-03-2018, 17:34
Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla görüşüb.

Rubrika.Az “Report”a istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırki durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib.

O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Rubrika.Az
Geri qayıt