Əsas Səhifə > Hadisə > Neftçalada tikintidə bədbəxt hadisə: Ölən və yaralanan var
Neftçalada tikintidə bədbəxt hadisə: Ölən və yaralanan var28-03-2018, 22:26 |
|
Neftçalada tikintidə bədbəxt hadisə baş verib. Rubrika.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb. Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb. Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |