Əsas Səhifə > Gündəm > Prezident büdcədən 14.6 milyon manat ayırdı
Prezident büdcədən 14.6 milyon manat ayırdı29-03-2018, 18:58 |
|
Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.az Qaynarinfo-ya istinaden xəbər verir ki, sərəncamla Qazax Rayon Mərkəzi Xəstəxanasının (I növbə) tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb. Rubrika.az Geri qayıt |