Əsas Səhifə > Dünya > Putin minlərlə insanın qarşısına niyə çıxmadı?

Putin minlərlə insanın qarşısına niyə çıxmadı?


29-03-2018, 23:22
Putin minlərlə insanın qarşısına niyə çıxmadı?

Kreml sözçüsü Dmitri Peskov “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli faciədən sonra Kemerovoda keçirilən izdihamlı mitinqə Rusiya lideri Vladimir Putinin qatılmamasının səbəbini açıqlayıb.

Rubrika.az RİA-ya istinadən xəbər verir ki, D.Peskov Putinin bir neçə min insanla danışmağının mümkünsüz olduğunu bildirib:

“Hər şey sadədir. Bir neçə min insan meydana toplaşıb və etiraz edir. Siz bilirsiniz ki, Putin olduqca konkret, praqmatik prezidentdir. Əgər ona sual verilirsə, o, həmin sualı cavablandırmağı və problemi həll etməyə çalışır. Boş vədlər vermir, populizmdən uzaqdır. Bir neçə min insanla Putin stilində danışmaq mümkünsüzdür”.

Qeyd edək ki, Kemerovonın “Qış albalısı” ticarət mərkəzində 64 nəfərin ölümü ilə nəticələnən dəhşətli faciədən sonra bu şəhərin sakinləri şəhər administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmişdi.

Etirazçılar iddia edirdi ki, ölənlərin sayı 400-dən çoxdur.

Rubrika.az
Geri qayıt