Əsas Səhifə > Müsahibə > Prezident ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib — YENİLƏNİB

Prezident ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib — YENİLƏNİB


30-03-2018, 10:58
Prezident ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib — YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

Rubrika.Az-ın "Ölkə.Az"a istinadən xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi.

***

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Korin Yonkeri qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Rubrika.Az
Geri qayıt