Əsas Səhifə > Hadisə > Azərbaycanda istehsalına qadağa qoyulan dondurma satılır – Həm də tarix saxtakarlığı ilə – FOTOFAKT
Azərbaycanda istehsalına qadağa qoyulan dondurma satılır – Həm də tarix saxtakarlığı ilə – FOTOFAKT30-03-2018, 18:37 |
![]() Azərbaycanda fəaliyyət göstərən dondurma şirkəti müştəriləri aldadıb. Rubrika.az Minval.info-ya istinaden xəbər verir ki, mağazaların birindən dondurma alan alıcı fırıldağın şahidi olub. O, məhsulu alarkən istehsal tarixinə baxdıqda təəccüblənib. Belə ki, bu gün satılan dondurmanın aprelin 1-də istehsal olunduğu yazılıb. “A-Klass” dondurmaları “A.Y.S-60” MMC tərəfindən hazırlanır. Qeyd edək ki, ötən il İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib ki, “A.Y.S-60” MMC-nin istehsal etdiyi “Südlü” klassik və “A-klass” dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib. və istehsal qadağan edilib. Rubrika.az Geri qayıt |