Əsas Səhifə > Hadisə > İstanbulda atışma: polis əməkdaşı yaralanıb

İstanbulda atışma: polis əməkdaşı yaralanıb


2-04-2018, 10:20
İstanbulda atışma: polis əməkdaşı yaralanıb

Türkiyənin İstanbul şəhərində atışma baş verib.

Rubrika.Az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, atışma nəticəsində polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, üç naməlum şəxs və polis arasında borca görə baş verən mübahisənin sonunda naməlum şəxslər atəş açaraq, hadisə yerindən qaçıblar.

Yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır, şübhəli bilinən 6 nəfər saxlanılıb.

Rubrika.Az
Geri qayıt