Əsas Səhifə > Dünya > “Netanyahu cəfəng bəyanatlar verir” — Ərdoğandan sərt sözlər

“Netanyahu cəfəng bəyanatlar verir” — Ərdoğandan sərt sözlər


2-04-2018, 10:07
“Netanyahu cəfəng bəyanatlar verir” — Ərdoğandan sərt sözlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə bağlı sərt bəyanatlar səsləndirib.

Rubrika.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, o, İsraili terror siyasəti aparmaqda ittiham edib.

Bundan başqa ölkə başçısı sözügedən ölkənin baş naziri ilə bağlı da sərt danışıb. O, Benyamin Netanyahunu cəfəng bəyanatlar verməkdə ittiham edib: “Netanyahu çox qəribə və cəfəng bəyanatlar verir. Türkiyənin terrorçuluqla qətiyyətlə mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə deyil, terror siyasəti aparır".
Ərdoğan öz növbəsində yəhudilərin etdiklərini qeyri-insani hücum adlandırıb.

Məlumat üçün bildirək ki, Ərdoğanın belə bəyanatlar verməsinə səbəb Netanyahunun Türkiyə ordusu ilə bağlı açıqlamasıdır. O, açıqlamasında Türkiyə ordusunun dinc əhaliyə qarşı cinayət törətdiyini bildirib.

Rubrika.Az
Geri qayıt