Əsas Səhifə > İdman > Qurban Qurbanovun oğlu millimizə çağırıldı
Qurban Qurbanovun oğlu millimizə çağırıldı2-04-2018, 17:33 |
|
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək Turnirə hazırlıq məqsədilə aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçirəcək millimizin heyəti açıqlanıb. Millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da yığmaya dəvət olunub. Aprelin 13-də 16 yaşını tamamlayacaq Musa cari mövsümdən elə atasının çalışdığı “Qarabağ”da çıxış edir. Qeyd edək ki, millimiz aprelin 11-də Makedoniya, 13-də Xorvatiya və 15-də Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacaq. Rubrika.Az Geri qayıt |