Əsas Səhifə > Dünya > Qazaxıstanda dondurmadan kütləvi zəhərlənmə olub

Qazaxıstanda dondurmadan kütləvi zəhərlənmə olub


2-04-2018, 20:25
Qazaxıstanda dondurmadan kütləvi zəhərlənmə olub

Qazaxıstanın Çimkənt şəhərində 188 nəfər dondurmadan zəhərlənib.

AZƏRTAC ölkənin səhiyyə departamentinə istinadla xəbər verir ki, zəhərlənənlərin artıq 40 nəfəri xəstəxanadan evə buraxılıb. Bir neçə gün bundan əvvəl isə 36 nəfər zəhərlənmə səbəbindən xəstəxanaya müraciət etmişdi.

Çimkənt Daxili İşlər Departamenti kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Rubrika.az
Geri qayıt