Əsas Səhifə > Hadisə > Bu müəssisələr nazirlikdən alındı — Bakı Nəqliyyat Agentliyinə verildi + SİYAHI
Bu müəssisələr nazirlikdən alındı — Bakı Nəqliyyat Agentliyinə verildi + SİYAHI3-04-2018, 12:28 |
|
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin adları açıqlanıb. Rubrika.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə aşağıdakı müəssisələr Bakı Nəqliyyat Agentliyinin balansına verilib: 1. “4 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC. 2. “Bakı Sərnişinservis Avtobus Parkı” MMC. 3. “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qarajı. Rubrika.Az Geri qayıt |