Əsas Səhifə > Hadisə > Ağdaşda gənc tanımadığı şəxslər tərəfindən döyülüb
Ağdaşda gənc tanımadığı şəxslər tərəfindən döyülüb5-04-2018, 10:23 |
![]() Ağdaş rayonunda döyülmə hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, rayon sakini, 1987-ci il təvəllüdlü Bərşad Məcidov küçədə tanımadığı şəxslər tərəfindən döyülüb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. B.Məcidov xəstəxanaya müraciət edib və ona tibbi yardım göstərilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. B.Məcidovun hansı səbəbdən və kimlər tərəfindən döyüldüyü araşdırılır. Rubrika.az Geri qayıt |