Əsas Səhifə > Qanun > Şəxsiyyət vəsiqəsi almaq ucuzlaşdı - Yeni qiymətlər

Şəxsiyyət vəsiqəsi almaq ucuzlaşdı - Yeni qiymətlər


4-04-2018, 19:02
Şəxsiyyət vəsiqəsi almaq ucuzlaşdı - Yeni qiymətlər

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla 2019-cu ilin 1 yanvar tarixindən etibarən şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə dövlət rüsumu aşağıdakı məbləğdə olacaq:

14.3-2. Bu Qanunun 14.3-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:



14.3-2.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə

4 manat

14.3-2.2. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

20 manat

14.3-2.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

25 manat


Rubrika.az

Geri qayıt