Əsas Səhifə > Hadisə > Neftçala sakini intihar edib
Neftçala sakini intihar edib4-04-2018, 22:41 |
![]() Neftçala rayonunda intihar hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elşən Əhəd oğlu Əhədov həyətdəki hamamdan özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |